Yəməndə İranın dəstəklədiyi husilər yeni kabinetin qurulduğunu açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, husilər Əhməd Qalib ər-Rahvinin sədrliyi ilə 22 nazirdən ibarət yeni hökumətin qurulduğunu elan edib.
SABA husi xəbər agentliyinin məlumatına görə, Husi Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşət Əhməd qondarma baş nazir Əbdüləziz Həbturun yerinə Qalib ər-Rahviyə “Dəyişiklik və inşa hökuməti” yaratmağı tapşırıb.
Xəbərdə deyilir ki, “mövcud şərtlərə və ən yüksək milli maraqlara uyğun” yeni hökumətin qurulmasına qərar verildi və yeni kabinetin 22 nəfərdən ibarətdir.
Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB