ABŞ Dövlət Departamenti Amerikanın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində törətdiyi terror aktında iştirakını etiraf etməkdən imtina edib. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. O,...Biz Kurskdakı əməliyyatın heç bir aspektində iştirak etməmişik,-deyə bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bunu Pateldən sitat gətirir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhəddinə hücumu avqustun 6-da başlayıb. Rus hərbçilərinin düşmənin irəliləməsini dayandıra bilməsinə baxmayaraq, döyüşlər bu günə qədər davam edir. Qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnovun səlahiyyətli nümayəndəsi bildirir ki, Kursk vilayətində ayrı-ayrı düşmən qruplarının məhv edilməsi davam edir, müxtəlif ərazilərdə hərbi əməliyyatlar aparılır. Bölgədə fasiləsiz cəbhə xətti yoxdur, düşmən hissə-hissə keçməyə çalışır, lakin Ukrayna Silahlı Qüvvələrinin qarşısı uğurla alınıb.
Bunu rus mətbuatı yazır.
Rusiya Müdafiə Nazirliyinin bu gün, avqustun 13-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən bütün döyüşlər zamanı Ukrayna qoşunları 2030-dan çox hərbi qulluqçu, 35 tank və 31 zirehli transportyor itirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB