Finlandiya prezidenti Ukraynanın Rusiyaya hücum hüququnu bəyan edib

Finlandiya prezidenti Ukraynanın Rusiyaya hücum hüququnu bəyan edib

...Finlandiya prezidenti Aleksandr Stubb hesab edir ki, Ukraynanın Kursk bölgəsinə hücum edərək öz ərazilərini müdafiə etmək hüququ var.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yle nəşri yazır.

...Stubb deyib ki, Rusiya Ukrayna ərazisinin demək olar ki, 20 faizini işğal etdiyi halda Ukrayna Kursk bölgəsinə hücum edə bilər.

Qeydn edək ki, Stubb və həyat yoldaşı Aland adalarına iki günlük səfərdədir. Bu, onun prezident kimi adalara ilk səfəridir.

Bundan əvvəl Finlandiya lideri bildirib ki, Qərb Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün heç nə edə bilməz. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün açarlar Çin prezidenti Si Cinpinin əlindədir, lakin Qərb ölkələri, o cümlədən ABŞ buna son qoymaq iqtidarında deyil. Siyasətçi hesab edir ki, Qərb ölkələrinin edə biləcəyi yeganə iş Kiyevi silahla təmin etməkdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə