Olimpiadada işləyən könüllü qız Parisdə ölü tapılıb

Olimpiadada işləyən könüllü qız Parisdə ölü tapılıb

...Parisdə keçirilən Olimpiya Oyunlarında çalışan könüllü qız ölü tapılıb.

SİA xəbər verir ki, bu barədə yerli “Le Parisien” nəşri məlumat yayıb.

21 yaşlı qızın itkin düşdüyü barədə daha əvvəl anası məlumat vermişdi. Qadının sözlərinə görə, avqustun 11-də Oyunlar bağlandıqdan sonra evə qayıtmayıb.

Təəssüf ki, itkin düşən qız ayın 13-də ölü tapılıb. İlkin müayinə zamanı qızın bədənində hematoma, həmçinin boyun nahiyəsində yara aşkar edilib.

Qızı öldürməkdə onun sevgilisi şübhəli bilinirdi.

Nəşrin öyrəndiyi kimi, öldürülən qız itkin düşdüyü gün o, yaxınlarına qəribə mesaj göndərib və orada “axmaq bir şey etdiyini” etiraf edib.

Polislər oğlanın evinə gələndə o, sərxoş olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə