...Biznesmen və Megaupload fayl hostinq xidmətinin keçmiş sahibi Kim Dotkom Qərb ölkələrinin dağıldığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Biznesmenin sözlərinə görə, ABŞ iqtisadiyyatı böyük problemlər yaşayır və Rusiya Ukrayna və NATO-da dominantlıq edir.
Üstəlik, o, üçüncü dünya müharibəsinin qaçılmaz bir hadisə kimi göründüyünə də inanır.
ABŞ-ın borc və pul çapı sistemi çökməkdədir. Qərb iqtisadi səhraya doğru gedir. Yaxın Şərq oddadır. Rusiya Ukrayna və NATO-da dominantlıq edir. BRİKS ABŞ hegemonluğuna və saxta qaydalara əsaslanan nizama son qoyur. ABŞ kuklaları hər yerdə uğursuzluğa düçar olur. Soyqırım, təbliğat, senzura və saxta seçkilər yeni normala çevrilib. Üçüncü Dünya Müharibəsi qaçılmaz göründüyü üçün bəşəriyyət uçuruma doğru gedir.
Qeyd edək ki, bundan əvvəl Dotkom Zelenskinin “vaxtının tükəndiyini” bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB