''HƏMAS'' Təl-Əvivə raket zərbələri endirib

''HƏMAS'' Təl-Əvivə raket zərbələri endirib

Fələstinin ''HƏMAS'' müqavimət hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin paytaxtı Təl-Əvivə raket zərbəsi endirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şəhərdə partlayış səsi eşidilib.

Qəssam Briqadaları Təl-Əvivin 2 raketlə hədəf alındığını açıqlayıb.

Raketlərin növünün M90 olduğu qeyd olunub.

Bildirilib ki, əməliyyat İsrailin Qəzza zolağında törətdiyi qətliamlara cavab olaraq həyata keçirilib.

İsrail ordusu da məsələ ilə bağlı İbəyanat yayıb.

Bəyanatda bildirilib ki, raketlər dənizə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə