İki kruiz gəmisi Muğlanın Bodrum qəsəbəsində lövbər saldı

İki kruiz gəmisi Muğlanın Bodrum qəsəbəsində lövbər saldı

3 min 162 sərnişin daşıyan iki kruiz gəmisi Muğlanın Bodrum qəsəbəsində lövbər saldı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Malta bayrağı altında üzən 295 metrlik “Mein Schiff 5” və Fransa bayrağı altında üzən 187 metrlik “Club Med 2” kruiz gəmisi Bodrum Cruise Porta yanaşıb.

Gömrük prosedurlarından sonra gəmidən ayrılan turistlər Bodrumun tarixi və turistik məkanlarını gəzərək alış-veriş ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə