Rus pilotunu səmada lazerlə kor etməyə cəhd ediblər..?

Rus pilotunu səmada lazerlə kor etməyə cəhd ediblər..?

...Rusiyanın “Smartavia” aviaşirkətinin təyyarəsi güclü tufanla üzləşib deyə, zədələnib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Aviaincident Telegram kanalı yazır.

Deməli, avqustun 11-də Sankt-Peterburqdan Kalininqrada uçan Boeing 737 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Belə ki, təyyarənin uçuşdan sonra yoxlanılması zamanı sol və sağ qanadlarda, antenada eləcə də mayakda çoxsaylı nasazlıqlar aşkar edilib.

Komandirin sözlərinə görə, təyyarə Pulkovoya qalxarkən dolu ilə birlikdə ildırımlı tufana düşüb.

Yeri gəlmişkən, avqustun əvvəlində Rusiya aviaşirkətinə məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etməyə cəhd edilib. Hadisə Moskvadan Çelyabinskə uçan Boeing 737-800 təyyarəsi havaya qalxdıqdan dərhal sonra baş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə