Azərbaycan Rusiyanın nüvə zərbələri endirəcəyi ölkələr sırasında..?

...Ölkələrin tam siyahısı ortaya çıxdı
Azərbaycan Rusiyanın nüvə zərbələri endirəcəyi ölkələr sırasında..?

...Rusiya Müdafiə Nazirliyinin 2008-2014-cü illər üçün məxfi sənədlərinə əsasən, Rusiya donanması Qərblə genişmiqyaslı müharibə olacağı təqdirdə NATO ölkələrinin iri şəhər və obyektlərinə nüvə raket zərbələri endirmək təcrübəsini həyata keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” yazır ki, NATO dövlətləri ilə yanaşı, potensial zərbələr siyahısına Kremlin hazırkı müttəfiqləri də daxildir.

Beləliklə, “Financial Times” mənbələrinin “natamam” adlandırdığı rus zabitləri üçün qapalı təqdimat xəritələrində qərbyönlü ölkələr arasında Estoniya, Norveç, Almaniya, Fransa, Böyük Britaniya, Rumıniya, Bolqarıstan, Türkiyə və Yaponiya hədəf seçilib.

...Onlardan əlavə, xəritədə də göründüyü kimi, Kreml müttəfiqləri olan İran, Çin və Şimali Koreyanın şəhərlərini və hərbi obyektlərini də təyin edib.

Hə, yeri gəlmişkən, siyahıda Azərbaycan da var. “Financial Times” qeyd edir ki, Rusiya məxfi sənədləri yuxarıda göstərilən ölkələrlə münaqişənin ilkin mərhələsində nüvə silahından istifadənin faydalarından bəhs edir.

Onlar həmçinin Rusiya gəmilərinin nüvə silahı daşımaq qabiliyyətinə diqqət yetirirlər. Sənədlərdən birində deyilir: “Donanmanın yüksək manevr qabiliyyəti müxtəlif istiqamətlərdən qəfil və kütləvi hücumlara imkan verir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə