Milli borc ABŞ-a iqlim dəyişikliyindən daha çox ziyan vuracaq...

Milli borc ABŞ-a iqlim dəyişikliyindən daha çox ziyan vuracaq...

...ABŞ-ın milli borcu sürətlə artmaqda davam edir və yaxın illərdə Amerika iqtisadiyyatına iqlim dəyişikliyindən qat-qat daha çox ziyan vuracaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədəd “The Washington Times” Amerika Konqresinə istinadən xəbər verir. Konkret olaraq, bu borc cari proqnozlarla artmağa davam edərsə, ABŞ-ın ÜDM-i 3,2 faiz azalacaq.

Departament vurğulayıb ki, dövlət borcu cari proqnozlara görə artarsa, 30 il ərzində iqtisadiyyatın həcmini, yuxarıda qeyd etdiyimiz kimi, 3,2 faiz azaldacaq.

Bundan əlavə iqlim dəyişikliyi də onu 1 faiz azaldacaq.

Xatırladaq ki, ötən ayın sonunda ABŞ-ın dövlət borcunun ümumi məbləği 35 trilyon dolları ötüb.

Bunun təxminən 28 trilyon dolları müxtəlif investorlara məxsusdur. Qalanı isə hökumətin daxili borcudur.

Hökumət borcunun problemi ondan ibarətdir ki, o, digər investisiyaları sıxışdırır və federal büdcənin böyük hissəsini nəqliyyat infrastrukturu və ya enerji layihələri kimi daha məhsuldar xərclərə deyil, faiz ödənişlərinə yönəldir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə