Ukraynada müharibə aparmasına baxmayaraq, Fələstində baş verən hadisələr Rusiyanın daim diqqətindədir, prezident Vladimir Putin Fələstin lideri Mahmud Abbasla danışıqlar zamanı bunu bildirib. Fələstin prezidenti avqustun 12-də Moskvaya gəlib və avqustun 14-dək orada qalacaq. Cənab Abbas bildirib ki, BMT Fələstin məsələsi üzrə missiyasını ABŞ-a görə yerinə yetirə bilməyib.
“...Birləşmiş Ştatların təzyiqi ilə BMT Fələstin xalqının hüquqlarının həyata keçirilməsini təmin edəcək və Fələstin dövlətinin yaradılması mövzusunu həyata keçirəcək bir qətnamə qəbul etmək missiyasını yerinə yetirə bilməyib”, - deyə Mahmud Abbas bildirib.
“Əlbəttə, biz Fələstində baş verən humanitar fəlakəti böyük ağrı və narahatlıqla izləyirik. Biz öz tərəfimizdən Fələstin xalqını dəstəkləmək üçün hər şeyi edirik”, - Rusiya dövlət başçısı Novo-Oqarevodakı iqamətgahında cənab Abbasla danışıqlar zamanı bildirib. Fələstin prezidenti Rusiyaya Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə görə təşəkkür edib.
Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov, Xarici İşlər və Əmək nazirliklərinin rəhbərləri Serey Lavrov və Anton Kotyakov, həmçinin Baş Qərargah rəisinin müavini İqor Kostyukov və Rusiya Federasiyasının Fələstin Milli Administrasiyasına nümayəndəsi Qoça Buaçidze iştirak edib. Fələstin nümayəndə heyətinə mülki işlər naziri Hüseyn əl-Şeyx, Baş Kəşfiyyat Xidmətinin rəhbəri Majed Feredj, Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl, həmçinin Mahmud Abbasın diplomatik məsələlər üzrə müşaviri Məcdi Xaldi daxildir.
Fələstinli siyasətçinin Rusiyaya sonuncu səfəri 2021-ci ildə baş tutub. Daha sonra Soçidə Vladimir Putinlə görüşüb. Mahmud Abbasın Rusiyaya rəsmi səfər etmək planları barədə hələ Qəzza zolağında müharibə başlamamışdan əvvəl məlumat yayılmışdı.
AYSEL
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB