1983-cü ildə Al Paçinonun baş rolda oynadığı "Çapıq üz" filminin aktyorlarından olan Angel Salazar 68 yaşında dünyasını dəyişib. SİA xəbər verir ki, Salazar həmin filmdə Paçinonun canlandırdığı “Toni Montana” obrazının sadiq köməkçisi “Çi Çi” obrazını canlandırıb. Ürək xəstəliyi olan məşhur aktyorun Nyu Yorkdakı dostunun evində öldüyü öyrənilib.
Onun köməkçisi Ann Vinqsonq deyib ki, dostu onu oyadarkən öldüyünü görüb.
Salazar karyerası boyunca “A Stranger Is Watching”, “Where the Buffalo Roam”, “Walk Proud” ve “Boulevard Nights” kimi filmlərdə rol alıb.
Sonuncu dəfə 2022-ci ildə "The Black Caesar" və 2023-cü ildə "The Gilbert Diaries: The Movie" filmlərində çəkilən Salazar həm də komediya aktyoru idi. Aktyor NBC-də yayımlanan "Last Comic Standing" serialında da çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB