Rusiya ilə Ukrayna orduları arasında qarşıdurmaların davam etdiyi Kursk vilayətində Kursk Atom Elektrik Stansiyasının fəaliyyətində heç bir problem olmadığı, bölgədə radiasiya səviyyəsinin normal səviyyədə olduğu bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Rosatom-un AES-in əməliyyat bölməsi olan Rosenergoatom tərəfindən verilən açıqlamada, ətrafında münaqişələrin yaşandığı Kursk AES-in fəaliyyəti ilə bağlı məlumat paylaşılıb.
Açıqlamada "stansiyanın fəaliyyətində heç bir problem olmadığı, bölgədə radiasiyanın təbii səviyyədə olduğu bildirilib. Təxribatlara inanmayın, yalnız rəsmi mənbələrdən gələn açıqlamalara etibar edin”, - deyə qeyd olunub.
Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb. Kursk AES Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda yerləşir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB