Rusiya "American Express" Bankın fəaliyyətini dayandırıb

Rusiya "American Express" Bankın fəaliyyətini dayandırıb

Rusiya Mərkəzi Bankı "American Express" bankının fəaliyyət lisenziyasını ləğv edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamada "American Express"in könüllü ləğv qərarı aldığı və bu səbəbdən bankın fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.

"American Express", Ukrayna müharibəsindən sonra 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı. Rusiya prezidenti Vladimir Putin may ayında imzaladığı fərmanla "American Express"in könüllü ləğvinə icazə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə