Aİ-dən Ukraynaya 4,2 milyard avro dəstək

Aİ-dən Ukraynaya 4,2 milyard avro dəstək

Avropa İttifaqı (Aİ) Ukraynaya 4,2 milyard avro maliyyə dəstəyi göndərib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyası Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq maliyyə dəstəyi paketi çərçivəsində ilk müntəzəm ödənişin bu gün edildiyini açıqlayıb.

Açıqlamada Ukraynaya 4,2 milyard avronun göndərildiyi və AB maliyyə yardımı fondu çərçivəsində indiyədək Ukrayna hökumətinə ümumilikdə 12 milyard avro maliyyə yardımının edildiyi qeyd edilib. Ukraynanın fonddan faydalanmaq üçün maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes mühiti və enerji kimi sahələrdə kriteriyalara cavab verdiyini xatırladan bəyanatda Aİ tərəfindən yaradılan Ukrayna Fondunun ölkəyə 50 milyard sabit maliyyə təmin edəcəyi bildirilib. Avro 2024-2027-ci illər üçün qrant və kreditlərdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə