Fransanın “Mandelieu-La Napul” çimərliyində müsəlman qadınlara qarşı ayrı-seçkilik baş verib. SİA xəbər verir ki, çimərlikdə bir neçə qadın hicab taxdığı üçün polis tərəfindən cərimələnib.
Polis qadınlardan hicablarını papaqla əvəz etmələrini istəyib, lakin onlar bundan imtina ediblər.
Eyni bölgədə 2012-ci ildən bəri hər il yenilənən “hicabla üzmək” qadağası da reaksiya doğurub. Fransa Dövlət Şurası keçən iyul ayında İnsan Haqları Liqasının verdiyi müraciətdən sonra burkini kimi paltar geyinən şəxslərin "Mandelieu-La Napoule" çimərliyinə girişini qadağan edən qərarını dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB