İrandan bu ölkələrə sərt reaksiya

İrandan bu ölkələrə sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Böyük Britaniya, Almaniya və Fransanın “İranın İsrailə cavab verməməsini” tələb edən birgə bəyanatını “lovğalıq” cəhdi kimi qiymətləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kenani 3 Avropa ölkəsinin dərc etdiyi birgə bəyanata cavab verib.

İsrailin Qəzzada törətdiyi bəşəriyyətə qarşı cinayətlərə diqqət çəkən Kenani bildirib: "İran öz milli təhlükəsizliyini müdafiə etməkdə qərarlıdır. Almaniya, Fransa və İngiltərə başda olmaqla, Qərb ölkələri İsrailin müharibə cinayətlərini və xalqa qarşı soyqırımını dayandırmaq üçün təsirli səy göstərməlidirlər. Fələstin xalqı, sionist rejimi dəstəkləyirlər”.

Sözügedən üç ölkənin İranı tanınmış hüquqlarını həyata keçirməkdən vaz keçməyə çağırmasının beynəlxalq siyasətə və qanunlara uyğun gəlməyən “qürurlu” bir təşəbbüs olduğunu bildirən Kenani, bu cür yanaşmaların İsraili həvəsləndirməkdən başqa bir məqsədə xidmət etməyəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə