İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir - "Wall Street Journal" qəzeti
"Wall Street Journal" (WSJ) qəzeti İsrail ordusunun Livanda İran və Hizbullah Hərəkatının cavab hazırlıqlarını müşahidə etdikdən sonra bu ay ilk dəfə yüksək döyüş hazırlığına keçdiyini iddia edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail iki həftəyə yaxındır ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İrandan hücum gözləyir.
İsrail dövlət televiziyası KAN bildirib ki, İsrail aprel ayında İranın başlatdığı hücumdan daha genişmiqyaslı hücuma hazırlaşır. HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib. İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Təl-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB