Dünya şöhrətli müğənni və aktrisa Miley Cyrus Disneyin “Ən gənc əfsanəsi” seçilib. Cyrus bu mükafatı qazanan ən gənc şəxs olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, 12 min insanın iştirak etdiyi D23 fan sərgisində mükafatını almaq üçün səhnəyə çıxan Sayrus deyib: "Hanna Montana olmaqdan hələ də qürur duyuram. Bu mükafat həmçinin bir çox cəhətdən Hanna və onun bütün sadiq pərəstişkarları və mənim arzumu həyata keçirənlərindir".
Miley Cyrus səhnədə göz yaşlarını saxlaya bilməyib. Cyrus həmçinin fikirlərinə əlavə edib: "Mən verilişdə həyatımın necə ola biləcəyinin dadını aldım və o andan başqa heç nə istəmədim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB