Alimlər Marsın "qırmızı planeti"nin qayalıqlarında maye su anbarının aşkar edildiyini açıqlayıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Aerokosmik Agentliyinin (NASA) "Mars Insight Lander" kəşfiyyat vasitəsinin planetdəki tapıntıları üzərində yeni təhlillər aparan elm adamları Marsın qayalı xarici qabığının içərisində maye su anbarı aşkar ediblər.
Bildirilib ki, 2018-2022-ci illər arasında Marsda elmi kəşfiyyat missiyasında olan “Insight Lander” 4 il ərzində planetin dərinliklərində baş verən titrəmələri qeyd edərək “Marsın nəbzini” saxlayıb. Yeni tapıntılar işığında maye suyun "seysmik siqnallarına" çatdığı Marsda donmuş su və buxar əlamətlərinin də olduğu xatırladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB