DİQQƏT: Koronavirus tədbirləri geri qayıdır

DİQQƏT: Koronavirus tədbirləri geri qayıdır

Cənubi Koreyanın səhiyyə orqanları yay aylarında ölkə daxilində Covid-19 hadisələrinin sayının artmasından sonra mövcud tədbirləri artıracaqlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap xəbərlərinə görə, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi ölkədə Covid-19 hadisələrinin artmasından sonra hərəkətə keçib.

Səlahiyyətlilər, artan hallara nəzarət üçün görülən tədbirləri artıracaqlarını bildiriblər. Eləcə də ölkədə Covid-19 hadisələrinin sayının avqustun sonuna qədər artacağını gözlədikləri üçün avqustun 14-də ekspertlərlə görüşəcəklərini qeyd edib.

Cənubi Koreyada avqustun ilk həftəsində Covid-19 səbəbi ilə xəstəxanaya müraciət edənlərin sayının 861-ə yüksəldiyi və 4 həftədə 6 dəfə artdığı bildirilib. Səlahiyyətlilər, 65 yaşdan yuxarı insanların Covid-19-a qarşı peyvəndləmə prosesinin oktyabr ayında davam edəcəyini bildirmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə