Son zamanlar bir çox insanlar gözlərdə quruluq, qaşınma, sulanma, dumanlı görmədən əziyyət çəkir. Belə ki, həkimlər bu simptomlara əsasən gözdəki quruluğun səbəb göstərir və xəstəyə istifadə üçün göz damcıları təyin edirlər. SİA xarici mətbuata istinadən bildirir ki, İngiltərədə yaşayan 78 yaşlı Carolin Frost uzun müddət gözlərindəki şiddətli ağrıdan əziyyət çəkib. Onun gözlərindəki quruluq görmə qabilliyyətini böyük faizlə itirməsinə səbəb olub. Lakin sonda, həkimlərin səyi nəticəsində xanım Forstın görmə qabiliyyəti normallaşıb.
Xarici mətbuat qeyd edir ki, yaşlı qadın gözlərində yaranan rahatsızlığı belə izah edib: “Gənc yaşlarımdan görmə qabiliyyətimdə problemlər yaranmağa başlayıb. Gözlərim çox qızarırdı, qaşınırdı. Bir sözlə, məni çox incidirdi. Gözlərimin ağrısından görməm dumanlı idi. İllər keçdikcə vəziyyətim daha da ağırlaşdı. Artıq yanımdan ötüb keçənləri görə bilmirdim. Bir müddət gözlərimi müalicə etdim. Hətta amniyotik zərlə steroidlərin müalicəsi aparıldı. Amma bunlar da müvəqqəti oldu. Görmə qabiliyyətim müəyyən müddət yaxşılaşsa da, sonra yenidən pisləşdi. Daha sonra Bristol Göz Xəstənaxasının məsləhəti ilə İngiltərə Milli Səhiyyə Sisteminin Qan və Transplantasiya Birliyi tərəfindən mənə təqdim edilən göz damlalarını istifadə etmək məsləhət görüldü”.
Qeyd edək ki, tövsiyyə olunan damlalar qan plazmasından istehsal edilib. Xanım Forst deyib ki, məhz bu damlaları istifadə etdikdən sonra gözlərindəki ağrı azalıb, qaşıntılar yox olub, görmə qabiliyyəti yaxşılaşıb. O, bildirib ki, bundan sonra nəvələrini daha yaxşı görməyə başlayıb. Bu müalicə üsulu ona ikinci həyat verib: “Göz ağrılarından xilas olduğuma hələ də inana bilmirəm. Qan plazmasından düzəldilən serum damlalar gözlərimin sağlamlığını geri qaytardı”.
Xanım Frost Qan donorlarna da təşəkkür edərək onların insanların sağlamlığı üçün fədakarlıq etdiyini bildirib.
Gülnarə Nəriman
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB