...Məsələdən xəbəri olan bir çox mənbənin “Fox News”-a verdiyi məlumata görə, İran ordusu keçən ayın sonunda Tehranda Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas almaq üçün yaxın 24 saat ərzində İsrailə hücum edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Qərb ölkələri İran və müttəfiqlərini Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola biləcək hücumdan çəkinməyə çağırıb.
Qeyd edilir ki, belə bəyanatlarla Fransa, Almaniya və Böyük Britaniya çıxış edib.
...Biz regionda artan gərginlikdən dərin narahatıq və regional sabitliyə sadiqliyimizdə həmrəyik. Bu kontekstdə, xüsusən də İran və müttəfiqlərini regional gərginliyin daha da artmasına səbəb ola biləcək hücumlardan çəkinməyə çağırırıq. Bu, danışıqlar aparmaq imkanını təhlükə altına qoyur.
İddialara görə, bunu Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Böyük Britaniyanın baş naziri Keir Starmer bildiriblər.
Bu arada İsrail və ABŞ-ın yüksək vəzifəli rəsmiləri “Axios”-a bildiriblər ki, İran ordusu apreldə İsrailə hücumdan əvvəlki kimi fəaldır.
...İran raketlər və pilotsuz təyyarələrlə təchiz olunmuş bölmələrdə, aprel ayında İsrailə hücumdan əvvəl İranın atdığı addımlara oxşar addımlar atıb.
Bu barədə “Axios”-un müxbiri Barak Ravid sosial şəbəkədəki X səhifəsində yazıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB