...Kursk vilayətinin sərhəddində baş verən hadisələr dünya ictimaiyyətinin diqqətini cəlb edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Macarıstanın baş naziri Viktor Orbanın müşaviri Balaş Orban münaqişə tərəflərini tez bir zamanda danışıqlar masasına oturmağa çağırıb.
...Son həyəcanverici xəbər: cəmi bir neçə gün ərzində Rusiya və Ukrayna arasındakı münaqişə kəskinləşib. Dünya indi ayılmalıdır! Bu və ya digər tərəfin uğurlarını qeyd etməyin mənası yoxdur.
...Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhəddinə hücumu avqustun 6-da başlayıb.
Bu gün, avqustun 12-də Rusiya prezidenti Vladimir Putin sərhədyanı rayonların rəhbərləri ilə görüş keçirib.
Belə ki, vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov bildirib ki, Kursk vilayətində aydın cəbhə xətti yoxdur və bu, düşmənin yerini müəyyən etməyi çətinləşdirir.
Bundan əlavə, hazırda Ukrayna Silahlı Qüvvələri 28 yaşayış məntəqəsinə nəzarət edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə