...Çin Finlandiya və Estoniyaya Honq-Konq bayraqlı “New New Polar Bear” gəmisinin keçən ilin oktyabrında Baltik dənizində təsadüfən Balticconnector qaz kəmərini zədələdiyi barədə məlumat verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “South China Morning Post” məlumat yayıb.
Qəzetin həmsöhbətləri bildiriblər ki, Çin bu yaxınlarda öz araşdırmasını aparıb və nəticələrini Helsinki və Tallinə çatdırıb.
Çin hakimiyyətinin məlumatına görə, gəmi güclü tufan zamanı lövbərini dənizin dibi ilə dartıb və qaz kəmərini zədələyib.
Finlandiya və Estoniya səlahiyyətliləri araşdırmaları davam etdirdiklərini bildiriblər.
Onlar Çinə hüquqi yardım üçün müraciətlər göndəriblər. Çin hesabatı işdə sübut kimi istifadə edilə bilməz.
Bunu “South China Morning Post” aydınlaşdırır.
Finlandiya polisi ötən ilin noyabrında bildirmişdi ki, Estoniya-Fin qaz kəmərini zədələyən lövbərin texniki parametrləri New New Polar Bear lövbərinə oxşar olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə