Fələstin prezidenti Mahmud Abbas Moskvaya gəlib. SİA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov danışıb.
Fələstin səfirliyinin rəsmiləri Abbasın səfərinin iki gün davam edəcəyini bildiriblər.
Bundan başqa, Rusiya prezidenti Vladimir Putinlə görüş də nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Boqdanov Fələstin liderinin Rusiya paytaxtına səfərini açıqlamışdı.
O, bu səfərin Yaxın Şərq və Qəzza zolağında münaqişənin həlli üzrə “mövqelərin əlaqələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini” vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə