Putin Ukraynanın Kursk vilayətindəki hədəflərini sadalayıb

...Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi hərbi əməliyyatın əsas məqsədi Rusiya ordusunun Donbasdakı hücumunu dayandırmaq cəhdidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya liderı Vladimir Putin bunu bazar ertəsi, avqustun 12-də Rusiya təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə keçirdiyi əməliyyat müşavirəsində bildirib.

... Putinin sözlərinə görə, Kursk vilayətində baş verənlər fonunda Rusiya Silahlı Qüvvələrinin bütün cəbhə xətti boyunca hücum əməliyyatlarının tempi nəinki azalmayıb, əksinə, bir yarım dəfə də artıb.

Ukrayna Silahlı Qüvvələrinin hücumunun digər məqsədləri arasında rus liderı “cəmiyyətdə nifaq salmaq və insanları qorxutmaq” cəhdini, habelə Kiyevin danışıqlarda mövqeyini gücləndirmək istəyini qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə