Rusiya valyutasının dəyəri iki aylıq minimumunu yeniləyib

Financial Times: Putinin aşağılanması rublun çökməsinə səbəb olub

...Rusiya rublunun dollara qarşı məzənnəsi bir neçə gün ərzində 4 faiz ucuzlaşıb. Analitiklər kəskin enişi Rusiya Federasiyasının Kursk vilayətində Vladimir Putin üçün ciddi biabırçılığa çevrilən hərbi sıçrayışla əlaqələndirirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” xəbər verir.

Ötən həftənin sonundan etibarən Rusiya valyutası 4 faiz ucuzlaşıb və avqustun 12-nə rublun məzənnəsi bir dollar üçün 90,6 rubl təşkil edib ki, bu da 2024-cü ilin may ayının sonundan bəri rekord aşağı səviyyədir.

London Fond Birjası Qrupunun məlumatına görə, rubl bir gündə 1,9 faiz, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində sıçrayışından sonrakı 5 gün ərzində isə onun məzənnəsi 6 faiz ucuzlaşıb.

Eyni zamanda, Rusiyada avronun məzənnəsi də bir neçə saatlıq ticarətdə 4,5 faiz artaraq 1 avro üçün 99,13 rubla çatıb. Bu, mayın 23-dən bəri ən yüksək səviyyədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə