Yüzdən çox yaralı var
...Ukrayna ordusunun Kursk vilayətinə hücumu zamanı 12 nəfər həlak olub. 10-u uşaq olmaqla 121 nəfər yaralanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə region rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov prezident Vladimir Putinlə görüşündə bildirib.
Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqələrində olan iki minə yaxın insanın taleyi hazırda məlum deyil.
121 min insan Kursk vilayətinin sərhədyanı ərazilərini təkbaşına tərk edib və ya səlahiyyətlilər tərəfindən aparılıb. Daha 180 min insanın təxliyəsi gözlənilir.
Daha əvvəl Smirnov bildirib ki, hazırda Kursk vilayətində 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə