Ukraynanın Kursk hücumuna cavab veriləcək - Putin

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk hücumuna cavab verəcəyini bəyan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Putin əlavə edib: "Düşmən gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır, lakin Kiyevlə danışacaq bir şeyimiz yoxdur".

Putin bəyanatını belə yekunlaşdırıb: "Ukrayna sərhədindəki bölgələrdə baş verənlərə qiymət veriləcək, lakin hazırda bizim əsas vəzifəmiz düşməni zərərsizləşdirməkdir. Düşmən Rusiya ərazisindən çıxarıldıqdan sonra bunu etmək lazımdır. Ukrayna sərhədinin etibarlı mühafizəsini təmin edin”.

“Mülki əhaliyə və nüvə enerjisi obyektlərinə hücum edən Kiyevlə danışacaq heç nəyimiz yoxdur”, - deyə o davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə