Şəxsi həyatı ilə tez-tez gündəmdə olan "Qalatasaray"ın futbolçusu Mauro İkardi bir müddət əvvəl "Hatayspor" matçından sonra qolundakı çanta ilə diqqət çəkib. İkardinin çantası üçün ödədiyi qiymət heyrətamiz idi. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, TV100-də yayımlanan məlumata görə, 2024-cü il Payız-Qış kişi kolleksiyasına aid olan İkardinin çantasının qiymətinin 10 min dollar olduğu məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə