İsrail xaricə səyahət edənlərə qadağa tətbiq etdi

İsrail xaricə səyahət edənlərə qadağa tətbiq etdi

İsrail Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə İrandan mümkün qisas alması səbəbindən xaricə səyahət qadağan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələri personalının xaricə səfərinə qadağa qoyulması qərarı İrandan mümkün cavab tədbirləri ilə əlaqədar qəbul edilib.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib. İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə