Qəzzada ölənlərin sayı 39 min 897-yə yüksəlib

Qəzzada ölənlərin sayı 39 min 897-yə yüksəlib

İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 39 min 897-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 311 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 48 saatda həyata keçirdiyi 3 hücumda 142 fələstinlinin həyatını itirdiyi, 107 fələstinlinin isə yaralandığı bildirilib. Hücumların başladığı 7 oktyabrdan bu yana ümumi can itkisinin 39 min 897, yaralıların sayının isə 92 min 152-yə yüksəldiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə