Çin müdaxilə etdi: Hücum sahəsini genişləndirməyin!

Çin müdaxilə etdi: Hücum sahəsini genişləndirməyin!

Çin Kursk bölgəsində Rusiya ilə Ukrayna ordusu arasında davam edən toqquşmalarda tərəfləri "gərginliyi azaltmağa" çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi avqustun 6-da Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada Rusiya və Ukraynaya “hücum sahəsini genişləndirməməyə və münaqişələri qızışdırmamağa” dəvət edilib və Çinin bölgədəki böhranın həllində konstruktiv rol oynamağa davam edəcəyi bildirilib.

Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ordu arasında başlayan qarşıdurmalar 7 gündür ki, davam edir. Bildirilib ki, vəziyyət “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırılıb və terrorla mübarizənin elan edildiyi bölgədən 76 mindən çox insan təxliyə edilib. Rusiya Səhiyyə Nazirliyi hücumlarda 69 nəfərin yaralandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə