Ukrayna ordusu Rusiya ərazisində irəliləyir... - Krasnoyarujski də təxliyə olunur

Ukrayna ordusu Rusiya ərazisində irəliləyir... - Krasnoyarujski də təxliyə olunur

Ukrayna ordusu ilə toqquşmaların baş verdiyi Rusiyanın Kursk vilayətinin ardınca Belqorodun Krasnoyarujski rayonunda insanların təxliyəsinə başlanıldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sosial media hesabından verdiyi açıqlamada Belqorodda Krasnoyarujskiy bölgəsinin sərhədlərində Ukrayna ordusu ilə toqquşmaların olduğunu bildirib.

Bölgə əhalisini qorumaq üçün təxliyyələrin başladığını qeyd edən Qladkov vətəndaşların daha təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib. Daha əvvəl Rusiyanın Kursk şəhərində 76 mindən çox insanın təxliyə edildiyi bildirilmişdi. Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ordu arasında başlayan qarşıdurmalar 7 gündür ki, davam edir. Kurskda vəziyyət “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırıldığı halda, Kursk, Belqorod və Bryansk vilayətlərində terrorla mübarizə vəziyyəti elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə