Netanyahudan təlimat gəldi

İsrailin baş naziri Benyamin Netanyahu kabinet üzvlərindən təhlükəsizlik məsələlərini ictimai yerlərdə müzakirə etməməyi xahiş edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahunun kabinet üzvlərinə İran və Hizbullah ilə münasibətlərdəki gərginliyə görə İsrail üçün “vacib günlər” olduğu mesajını verib.

Qeyd olunub ki, Netanyahu kabinet üzvlərinə xəbərdarlıq edib və təhlükəsizlik məsələlərinin ictimaiyyətdə müzakirə olunmamasını istəyib. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib. İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Təl-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə