Avstraliyanın şimalındakı Kvinslend ştatının Keyns şəhərində “icazəsiz” uçuş həyata keçirən helikopter otelin damına düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 01.50 radələrində baş verən insidentdə helikopterin pilotu Cairns hava limanındakı anqarından havaya qalxaraq hadisə yerində dünyasını dəyişib.
Helikopter otelin damına düşdükdən sonra yanğın başlayıb və oteldə olan yüzlərlə insan təxliyə edilib.
Səlahiyyətlilər helikopterdə yalnız pilotun olduğunu və onun hadisə yerində öldüyünü açıqlayıblar. Oteldə qalan 80 yaşlı kişi və 70 yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir. Kvinslend polisi və aviasiya təhlükəsizliyinə nəzarət orqanı qəza ilə bağlı araşdırmaya başlasa da, helikopteri icarəyə götürən şirkət helikopterin “icazəsiz” uçuş etdiyini açıqlayıb.
Hadisə zamanı oteldə qalan Amanda Kay vertolyotun yağışlı havada işıqları sönmüş halda çox alçaq bir hündürlükdə uçduğunu deyib və çevrilərək binaya çırpıldığını deyib. Digər bir hadisə şahidi isə vertolyotun çox sürətlə uçduğunu iddia edərək, “Toqquşmadan bir neçə dəqiqə əvvəl vertolyot otelin qarşısından iki dəfə keçdi” deyib.
Kvinslend Təcili Yardım Xidmətindən verilən açıqlamada, vertolyotun rotor qanadlarından ikisinin zərbə nəticəsində qoparaq kordona və otel hovuzuna düşdüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB