Zelenskinin Kurska hücumu Britaniyada ən riskli hərəkət adlandırıldı...

...London Kral Kollecinin müdafiə üzrə professoru Maykl Klark Britaniyanın “The Times” qəzetində yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski məğlubiyyətdən qaçmağa çalışaraq Kursk bölgəsinə hücum edib. Onun fikrincə, bununla siyasətçi əsgər və texnikanı qurban verməyə hazır olduğunu ortaya qoyub?

Klarka görə, Kursk istiqamətinə ötürülən qüvvələr Donbassda daha faydalı ola bilərdi.

...Kiyev açıq şəkildə bir növ müqavimət göstərmək üçün qiymətli əsgər və texnikanı qurban verməyə hazırdır.

Britaniya nəşri yazır ki, Zelenskini tənqid edənlər deyəcəklər ki, bunlar, sadəcə olaraq, əsgərlərin boşa getmiş həyatları və lazımsız yerə məhv edilmiş texnikadır. Amma onlar cənubda, Donbassda daha faydalı olardı.

Klark Zelenskinin strateji hərbi qərarını döyüşlər zamanı ən riskli adlandırıb. Onun fikrincə, son nəticədə döyüşlərin nəticəsi Ukraynanın xeyrinə həll olunmayacaq.

Bir də...jurnalist əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu hərbi əməliyyatların gedişinə təsir etməyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə