Ukrayna Silahlı Qüvvələrindən oğurlanmış 4,7 milyon avro...

Kiyevli mühasib qadının avtomobilində tapılıb...

...Ukrayna Silahlı Qüvvələrini ərzaqla təmin edən şirkət vergidən yayınma və çirkli pulların yuyulmasında şübhəli bilinir. Kiyevdə bir müəssisənin mühasibinin avtomobilindən 4,7 milyon avrodan çox nağd pul tapılıb. Münaqişə zamanı şirkət Ukrayna Silahlı Qüvvələrinə 320 milyon avro dəyərində ərzaq məhsulları verib.

SİA-nın əldə etdiyi məlumata görə, bununla əlaqədar Almaniyanın N-TV telekanalı Ukraynanın Qərbin dəstəyindən asılı olduğunu xatırladır.

Beləliklə, Kiyev vilayətində müstəntiqlər avtomobilinin yük yerindən 4,7 milyon avrodan çox aşkar edilən qadını saxlayıblar.

Müstəntiqlər mətbuata bildiriblər ki, qadın pulların mənşəyini izah edə bilməyib.

Alman N-TV bildirir ki, söhbət “təkcə 2022 və 2023-cü illərdə Ukrayna ordusuna 320 milyon avrodan çox ekvivalent məbləğdə ərzaq çatdıran” şirkətin mühasibindən gedir.

...Müstəntiqlər hesab edirlər ki, şirkət vergi yükünü azaltmaq üçün uydurma kreditdən istifadə edib. Şirkət indi çirkli pulların yuyulması və xüsusilə böyük miqyasda vergidən yayınmada ittiham olunur.

Şirkətin ofisində və şübhəlilərin mənzillərində axtarışlar aparılır.

İddialara görə, təqsirləndirilən şəxsləri 8 ilə qədər həbs gözləyir. Alman telekanalı xatırladır ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Kiyev “Qərb ölkələrindən maliyyə dəstəyi” alır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə