Vladimir Putin generallarına olan inamını itirib və bu, onun Kursk, Bryansk və Belqorod vilayətlərində hərbi vəziyyət əvəzinə əks-terror əməliyyatı rejimi tətbiq etmək qərarına səbəb olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri rusiyalı jurnalist Maykl Naki Telegram platformasındakı bloqunda bildirib.
O, həmçinin qeyd edib ki, cari hadisələr nəticəsində Valeri Gerasimov 12 ildir tutduğu Rusiya Federasiyasının Baş Qərargah rəisi vəzifəsini itirə bilər.
...Əks-terror əməliyyatı rejiminin tətbiqi Putinin vəziyyətdən son dərəcə narazı olduğunu və onun Müdafiə Nazirliyinə inamının yenidən çox aşağı səviyyəyə düşdüyünü göstərir. Bu rejimin idarə olunması onun sevimli Federal Təhlükəsizlik Xidmətinə tapşırılıb...
...Hakimiyyət daxilində mübarizə getsin, çünki bu, bizim əlimizdə oynayır..?
Qeyd edək ki, bunu da rusiyalı ekspert-jurnalist Maykl Naki vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB