ABŞ İsrailin Qəzzada məktəbə hücumundan narahatlığını bildirib

ABŞ İsrailin Qəzzada Əl-Tabin məktəbinə hücumundan narahatdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir. ...Biz Qəzzada dinc əhalinin itkiləri ilə bağlı xəbərlərdən dərin narahatıq.

Bunu RİA Novosti sənədə istinadən yazır.

Daha əvvəl Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell bildirib ki, İsrail ordusunun Qəzzada Əl-Tabin məktəbinə zərbəsi heç bir şəkildə əsaslandırıla bilməz.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə