Ruslar Kursk vilayətində Ukraynanın hücumunu dəf ediblər

...Rusiyalı çağırışçı əsgərlər Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücumunu dəf edib və itki verməyiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev LIVE-a Solovyevə müsahibəsində bildirib.

Qurulevin sözlərinə görə, əsgərlər Ukrayna Silahlı Qüvvələrinin bütöv bir briqadasının hücumunu dəf ediblər. O bəyan edib ki, Rusiya-Ukrayna sərhədində çağırışçıların olması zəruridir.

Deputat həmçinin xatırladıb ki, çağırışçılar Əfqanıstan və Çeçenistanda silahlı münaqişələrdə iştirak ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə