...Deməli, Aleksandr Lukaşenko bildirib ki, dünən saat 18:10-da Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Belarusun hava məkanını pozub.
SİA-nın əldə etdiyi məlumata görə, Lukaşenko hazırlığı 1 nömrəli adlandırıb. Onun dediyinə görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus təxminən ona yaxın uçuş aparatı(?) bütün davranış qaydalarını pozaraq Belarus Respublikasının şərq istiqamətindən, Kostyukovichi rayonunda hava məkanını pozub.
Lukaşenko, bunların hücum dronları olduğundan şübhələndiyini bildirib.
Onun dediyinə görə, Belarusun hava məkanını pozan uçaqlar Ukraynadan uçublar.
Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemlərinin olduğunu xatırladan Belarus rəhbəri ölkə üzərində uçan hədəfləri məhv edib Rusiya Federasiyasına verildiyini deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə