...Ötən çərşənbə günü İranda ən azı 29 nəfər asılaraq edam edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu insan haqları təşkilatları bildirir.
Qeyd edilir ki, bu, cümə günü, avqustun 9-da məlum olub. Norveçin İran İnsan Haqları təşkilatı Tehran yaxınlığındakı Karedj şəhərindəki Gezelxezar həbsxanasında 26, Karedj şəhər həbsxanasında daha 3 nəfərin edam edildiyini müəyyən edib.
Bunu isə BBC xəbər verir.
Edam edilənlərin iki nəfəri Əfqanıstan vətəndaşı qətl, narkotik və zorlamada təqsirli bilinib.
Qeyd edilməlidir ki, bu miqyasda bir qrup edam İranda son illərdə görünməmiş bir hadisədir.
ABŞ-da yerləşən İnsan Haqları Fəalları xəbər agentliyi və İran İnsan Haqları Mərkəzi da daxil olmaqla digər hüquq qrupları da Kərəcdə ən azı iyirmi nəfərin edam edildiyini təsdiqləyib.
İnsan haqları qrupları dəfələrlə İranı 2022-ci il etirazlarından sonra ictimai qorxu yaratmaq üçün ölüm hökmündən istifadə etməkdə ittiham ediblər. İnsan haqları fəallarının hesablamalarına görə, İran hər il Çindən başqa dünyanın istənilən ölkəsindən daha çox insanı edam edir.
BMT-nin məlumatına görə, İran bu il ən azı 345 ölüm hökmü icra edib ki, asılanların da 15 nəfəri qadın olub.
İnsan haqları qrupları həmçinin 2022-ci ildə İranda başlayan etirazlar zamanı İslam İnqilabı Keşikçilərini öldürməkdə təqsirli bilinən 34 yaşlı Qulamrez Rasainin edamını pisləyib. Fəallar onun etirafının işgəncə altında alındığını bildiriblər.
İranın ədliyyə saytı Mizan Online xəbər verir ki, Rəsai İslam İnqilabı Keşikçiləri Korpusunun polkovnikini öldürməkdə təqsirli bilindikdən sonra çərşənbə axşamı Kirmanşah həbsxanasında asılıb.
Edam gizli şəkildə həyata keçirilib: nə onun ailəsinə, nə də vəkilinə əvvəlcədən xəbər verilməyib. Amnesty İnternational bildirib ki, ailəsi onun cəsədini evindən uzaq bir ərazidə basdırmağa məcbur olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB