Türkiyədə “Narkoçelik-31” əməliyyatı keçirilib

Türkiyədə “Narkoçelik-31” əməliyyatı keçirilib

Türkiyənin 26 əyalətində keçirilən “Narkoçelik-31” adlı əməliyyatlar nəticəsində 91 narkotacir və küçə satıcısı saxlanılıb, bir ton 47 kq narkotik maddə isə müsadirə olunub. SİA xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yayıb.

Nazir bildirib ki, əməliyyatda 253 ekipaj və 996 şəxsi heyət Diyarbakır, Ədirnə, Elazığ, Manisa, Aksaray, Adana, Balıkəsir, Bitlis, Batman, Bingöl, Malatya, Ağrı, Kırklareli, Aydın, Yalova, Afyonkarahisar, Antalya, Ərzurum, Karaman, Sakarya, Rize, Kırıkkale, Muğla, İzmir, Siirt və Ankara daxil olmaqla 26 əyalətdə əməliyyat keçirilib.

Onun sözlərinə görə, saxlanılan 91 şübhəlidən 55-i həbs olunub, 9-u ədliyyə nazirliyinin nəzarətinə verilib, qalanlar barəsində araşdırma aparılır.

Qeyd olunub ki, axtarışlar zamanı 1 ton 47 kiloqram narkotik vasitə, 8 milyon 249 min ədəd çətənə kolu, skunk kökü və 21 min ədəd narkotik həb götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə