Moskvanın Basmannı Məhkəməsi rüşvətxorluqda təqsirləndirilən Müdafiə Nazirliyinin Baş kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun qızına məxsus mənzilə həbs qoyub.
İş materiallarına əsasən, 105,3 kvadratmetr sahəsi olan mənzil zabitin ğızının əlindən alınıb. Qeyd edək ki, mənzil Moskvanın qərbində, Rublevskoye şossesinin yaxınlığında, biznes sinifli yaşayış kompleksində yerləşir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti xəbər verir.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, bu gün belə daşınmaz əmlakın bazar dəyəri təxminən 50 milyon rubl təşkil edir.
Bundan əvvəl məhkəmə Müdafiə Nazirliyinin şəxsi heyətinin baş zabiti Kuznetsovun həbs müddətini bir ay azaldıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB