"İran tezliklə Rusiyaya ballistik raket sistemləri verəcək..?"

"İran tezliklə Rusiyaya ballistik raket sistemləri verəcək..?"

...İran yaxın gələcəkdə Rusiyanı yüzlərlə ballistik raketlə təmin etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters agentliyi kəşfiyyat xidmətinin adları çəkilməyən iki nümayəndəsinin sözlərinə əsasən xəbər verib.

Bundan əlavə, Reuters mənbələri iddia edir ki, hazırda onlarla rus hərbçisi İranda “Fath-360” qısa mənzilli taktiki raket sistemlərinin istifadəsi üzrə təlim keçir.

Onların məsafəsi 30 ilə 75 kilometr arasındadır, raketlər 150 kiloqram ağırlığında döyüş başlığı daşımağa qadirdir. “Fath-360” peyk rəhbərliyindən istifadə edə bilər.

...Kəşfiyyat zabitləri ehtimal edir ki, Moskva nümayəndələri ötən il dekabrın 13-də Tehranla “Fəth-360” kompleksləri və bəzi digər ballistik sistemlərin tədarükünə dair saziş bağlayıblar.

Reuters-in məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib ki, İranın Rusiyaya bu sinfə aid silahlar verməsi Ukraynaya qarşı təcavüzün genişlənməsi kimi qiymətləndiriləcək və ABŞ, həmçinin NATO eləcə də G7 ölkələri bu hərəkətlərə “tez və sərt cavab” verməyə hazır olacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə