...Braziliyanın San-Paulu ştatında baş verən təyyarə qəzasından sonra sərnişinlərdən və ekipaj üzvlərindən heç biri sağ qalmayıb.
SİA TASS-a istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 68 nəfər olub.
Bunu G1 xəbər portalı Valinyos şəhər meriyasının məlumatlarına istinadən xəbər verir.
Təyyarə yaşayış binasının yaxınlığında qəzaya uğrayıb.
Baş verən faciədən xəbər tutan Braziliya prezidenti Luiz İnasio Lula da Silva canlı yayımda bir dəqiqəlik sükut elan edib.
Daha əvvəl bildirilmişdi ki, Kaskavel şəhərindən havaya qalxan və Quarulyosa gedən ATR-72 modelli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qəzadan bir dəqiqə əvvəl o, 17,200 fut yüksəklikdə uçub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB