...1828-ci ildə Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi 8-ci sinif üçün yeni erməni tarixi dərsliyində “ilhaq” adlandırılıb.
...Dərsliyin 6.1-ci fəsli “Şərqi Ermənistanın Rusiya tərəfindən ilhaqı” adlanır. Bunu dövlət tədris materialları platformasına baxmaqla yoxlaya bilərsiniz...
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistan KİV-i yazır.
Bu dərsliyə əsasən, 1826-1828-ci illər Rusiya-Fars müharibəsindən sonra bağlanmış Türkmənçay müqaviləsi indi Rusiya imperiyasının işğalı kimi təqdim olunacaq.
Qeyd edək ki, dərslik Rusiya mətbuatında əsəbi reaksiyaya səbəb olub.
Ermənistanın Təhsil və Elm Nazirliyi rus təbliğatçılarına heç bir izahat verməsə də, onlardan yazılı sorğu göndərmələrini xahiş edib.
Şöbədən qeyd edilib ki, əgər dərslik dövlət tədris materialları platformasına salınıbsa, bu, onun müsbət rəy alması deməkdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB