Rusiya XİN rusların girov götürülməsi ilə bağlı Nigerə müraciət edib

Rusiya XİN rusların girov götürülməsi ilə bağlı Nigerə müraciət edib

...Rusiya Niger rəhbərliyinə bu ölkədə terrorçular tərəfindən iki geoloqun - Rusiya Federasiyası və Ukrayna vətəndaşlarının əsir götürülməsi ilə bağlı yardım xahişi ilə müraciət edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Bamakodakı (Mali Respublikası) səfirliyi Niger hakimiyyəti ilə daimi əlaqə saxlayır. Diplomat qeyd edib ki, girovların azad edilməsinə kömək üçün müraciət Malili tərəfdaşlara da ünvanlanıb. Eyni zamanda, Zaxarova vurğulayıb ki, heç bir terrorçu və ya digər dağıdıcı qüvvələr Rusiyanın Sahara-Sahel dövlətləri ilə əməkdaşlığının qarşısını ala bilməyəcək.

...Əl-Qaidə ilə əlaqəli İslam və Müsəlmanlara Dəstək Qrupu avqustun 3-də elan edib ki, iyulun 18-də Nigerdə ​​iki Rusiya vətəndaşını girov götürüb. Bir gün əvvəl terrorçular əsirlərin özlərini “Rusiya şirkətinin işçiləri” kimi təqdim etdikləri bir video yayımlamışdılar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə